Azərbaycanlılar Xarkovda Qələbə gününü qeyd etdi - FOTO
Lent.az-ın məlumatına görə, tədbir keçmiş Sovetlər Birliyinin qəhrəman şəhərlərinin voleybol komandalarının beynəlxalq turniri çərçivəsində baş tutub. Tədbirə Böyük Vətən Müharibəsinin veteranları ilə yanaşı, Xarkov vilayət sovetinin rəhbərləri, Xarkov şəhərinin ali təhsil ocaqlarının nümayəndələri, tələbələr və ictimaiyyət nümayəndələri də qatılıb.
Tədbirdə çıxış edən “Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının sədri, professor Murad Ömərov alman faşizmi üzərində qələbənin 66-cı ildönümü münasibətilə müharibə veteranlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. O, qələbənin təmin olunmasında Azərbaycan neftinin əsas amillərdən birinin olduğunu vurğulayıb.
Müharibə veteranları onlara göstərdikləri qayğıya görə “Dostluq” təşkilatına öz minnətdarlıqlarını bildirib. Təşkilatın keçirdikləri belə tədbirləri Azərbaycan Ukrayna münasibətlərinin inkişafına töhfə kimi qiymətləndiriblər.
Tədbirin sonunda müharibə veteranları bayram süfrəsinə dəvət olunublar. Milli geyimli azərbaycanlı gənclər veteranlara qiymətli hədiyyələr və pul mükafatı təqdim ediblər.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04