BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
0
0
Bu gün Bakı Dövlət Universitetində (BDU) YUNESKO-nun dəstəyi ilə 2011-ci il BMT tərəfindən elan edilmiş “Kimya ili” çərçivəsində Almaniyanın NETZSCH (Neç) qrupu və həmin qrupa daxil olan “Wesemann İnternetional” (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin istehsal etdiyi cihazlarla tanışlıq məqsədilə seminar keçirilib.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarın açılışında çıxış edən rektor, akademik Abel Məhərrəmov YUNESKO-nun “Kimya ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb. Seminar iştirakçıları Bakı Dövlət Universiteti kimya fakültəsində olub, bu qrupun və ona daxil olan firmaların istehsalı olan STA-449 F3 Yupiter kütlə – spektrometrlə birləşdirilmiş derivatoqrafın işə salınmasında iştirak edib, onun iş prinsipi ilə tanış olublar.
Seminarda, həmçinin BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.