TQDK-dan abituriyentlərə xəbərdarlıq
0
0
2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25 may saat 15:00-a olan məlumata əsasən, 99762 abituriyent internetlə “Elektron ərizə” doldurub, lakin onlardan 92391 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirib.
TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 31 may saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.