İstanbulda metrobusda olan sərnişinin başmaqlarını çıxarıb yalın ayaqlarını yanındakı oturacağa uzataraq yatmağa çalışması digər sərnişinlərin qəzəbinə səbəb olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sərnişinlərin narahat olduğu anlar mobil telefonla lentə alınıb və görüntülər sürətlə sosial şəbəkələrdə yayılmağa başlayıb.
İstifadəçilər “İctimai nəqliyyat, yoxsa yataq otağı?”, “Bu qədər rahatlıq ola bilməz”, “Digər sərnişinlərə hörmət hanı?” kimi şərhlərlə reaksiyalarını bildiriblər.
Həmin anlardan kadrları təqdim edirik.