Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi
07 fevral 2023 17:51 (UTC +04:00)

Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

44 saylı marşrut xətti "BakuBus"a həvalə edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq sərəncam verilib.

Bildirilir ki, məqsəd, 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir.

Sərəncama əsasən “BakuBus” MMC-yə fevralın 8-dən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalarını təşkil etmək tapşırılıb.

# 4317
avatar

Oxşar yazılar