Bakıdakı tozlu havanın  SƏBƏBİ AÇIQLANDI
29 avqust 2024 09:48 (UTC +04:00)

Bakıdakı tozlu havanın SƏBƏBİ AÇIQLANDI

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq  Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Lent.az-a bildirib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır. 

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq  yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Fidan İlqar

Oxşar yazılar