Hacı Şahinin adından yığılan yardımlar, ziyarətgaha çevrilmə... - KİMƏ İNANAQ?
09 mart 2023 13:16 (UTC +04:00)

Hacı Şahinin adından yığılan yardımlar, ziyarətgaha çevrilmə... - KİMƏ İNANAQ?

Son günlər sosial şəbəkələrdə Hacı Şahin Həsənlinin adından istifadə edərək dolandırıcılıq məqsədi ilə paylaşımlar edilir, yardımlar toplanır. 

Bu səfər qarşılaşdığımız dolandırıcılıq isə tamam fərqli oldu. Belə ki, sosial şəbəkələrdə “Bakı daxili ziyarətlər” başlığı ilə post paylaşılıb. Həmin ziyarətlər sırasında ilk yer Hacı Şahin Həsənlinin məzarı olaraq qeyd edilib. 12 mart tarixində baş tutacaq ziyarətin qiymətini isə 10 manat olaraq yazıblar. 

Lent.az məsələnin təfərrüatını öyrənmək üçün paylaşımda əlaqə üçün qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayıb. 

Məlum olub ki, post dolandırıcılıq məqsədi ilə paylaşılıb. Və qeyd olunan nömrə isə yaşlı bir xanıma məxsusdur:

“Qızım, bu paylaşılan post fotoshopdu, mənim də nömrəmi icazəsiz yazıblar. Kimdir, niyə belə şey edib bilmirəm. Sadəcə Allaha tapşırıram”.

Qeyd edək ki, bu cür dolandırıcılıqlarla bağlı Hacı Şahin Həsənlinin profilində də paylaşım olunub və insanlara xəbərdarlıq edilib. 

# 2772
avatar

Fidan İlqar

Oxşar yazılar