"Qırmızı attestat alanlar arasında 200 bal yığanlar var" - DEPUTAT
24 may 2023 15:47 (UTC +04:00)

"Qırmızı attestat alanlar arasında 200 bal yığanlar var" - DEPUTAT

"Təhsildə sürətli inkişaf illüziyasından çıxmalıyıq".

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

O bildirib ki, 25 il əvvəl təhsil naziri çalışmış şəxslər də deyirdilər ki, təkamül yolunu gedirik:

"Amma sıçrayışlı inkişaf yolunu keçmiş təhsil sisteminə malik ölkələr var. Həmin ölkələri nümunə götürməliyik".

Millət vəkili qeyd edib ki, yenə də məktəblərdə şagirdlərin qiymətlərinin şişirdilməsi halları yüksəkdir:

"Sumqayıtda qırmızı attestat alanların 6,6 faizi, Salyanda 13 faizi buraxılış imtahanında 0-200 arası bal toplayıb. Digər tərəfdən hələ də kurrikulum anlayışını təhsil ictimaiyyəti həzm edə bilmir. Deyirlər kurrikulumlar ləğv edilməlidir, dövrün tələblərinə cavab vermir. Bunun məğzi başa düşülmür, əksər müəllimlər belə bunu qəbul etmir".

# 15555
avatar

Oxşar yazılar