Sabiq deputatla bələdiyyə sədri arasında QALMAQAL
23 iyun 2025 22:55 (UTC +04:00)

Sabiq deputatla bələdiyyə sədri arasında QALMAQAL

Bakının Nərimanov bələdiyyəsinin sədri Təhmiraz Tağıyevlə sabiq deputat Etibar Əliyev arasında qalmaqal yaşanır. 

Lent.az xəbər verir ki, Etibar Əliyev öz facebook hesabında Təhmiraz Tağıyevin onu təhdid etdiyini yazıb:  

"Dostlar! Bu savadsız və heç nəyə yaramayan manipulyator məxluqu siz də tanıyın: Təhmiraz Tağıyev, Nərimanov YAP-nın sədri...
Bəzi akademikləri tənqid etdiyimə görə məni hədələyir, şəxsimi təhdid edərək, zona-region  mənsubiyyətinə görə bu tənqidi doğru saymır… Bərəkallah! Görün akademiklər kimin ümidinə qalıb?!"

Etibar Əliyev onu sərt tənqid edib:  

"Mənim günümə baxın.. vaxtilə təkər yamamaqla məşğul olan bir məxluqun indi özünü siyasətə və YAP-a yamamağı ayıbdır. O uydurur ki, guya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib - amma indi yüz hoqqadan çıxır. Əslində həmin aksiyada o iştirak etməyib. Partiyanın adından istifadə edərək milyonlar qazanıb. Saxta regionçuluq ifşa olunmalıdır. Nərimanov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə məxluqlardır. Ayıb olsun!!!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar