Sumqayıtda 22 min evin  qazı kəsiləcək
24 iyul 2025 16:53 (UTC +04:00)

Sumqayıtda 22 min evin qazı kəsiləcək

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir.

Lent.az xəbər verir ki, iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.

“Azəriqaz” İB vətəndaşlardan anlayış göstərmələrini xahiş edir və bildirir ki, işlər başa çatdıqdan dərhal sonra qaz təchizatı bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar