Gəncədə 13 min ailəyə qurban əti paylanılıb
12 sentyabr 2016 13:46 (UTC +04:00)

Gəncədə 13 min ailəyə qurban əti paylanılıb

0

Gəncədə Qurban bayramı qeyd olunub.

 

Lent.az Region TV-ə istinadən xəbər verir ki, bu münasibətlə şəhərin Yeni Gəncə, Gülüstan, Alüminiumçular, Bağbanlar, Dəmiryolu Vağzalı və digər 10 yaşayış məntəqəsində 15 iribuynuzlu, 540 xırdabuynuzlu heyvan kəsilib. 


Qurban payları ümumilikdə 13 mindən artıq şəhid ailəsi, Qarabağ və Çernobıl əlilləri, Əfqanıstan veteranlarına təqdim olunub.

İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı günü Gəncədə imtiyazlı vətəndaşlarla yanaşı, imkansız, kimsəsiz və sosial müdafiəyə daha çox ehtiyacı olan sakinlərə də bayram payları verilib.

 

Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev  bildirib ki, heyvanlar baytar-sanitar tələblərə uyğun şəraitdə kəsilir: “ Dairəmiz gücləndirilmiş iş rejimində çalışır. Tərəfimizdən bütün kəsim nöqtələrinə nəzarət var”.

 Bayram payı alan Gəncə sakinləri isə göstərilən diqqətə görə təşəkkür ediblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar