Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycanda vəzifəli şəxslər tərəfindən gəlir bəyannaməsinin elan edilməsindən danışıb.
Lent.az-ın məlumatına görə, K.Əliyev bildirib ki, hazırda bu məsələ üzərində işlənilir və müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Bir çox ölkələr bu təcrübədən istifadə edib və ayrı-ayrı formada da effekt verdiyinin şahidi oluruq. İstənilən halda biz bu barədə düşünürük və müvafiq iş də aparılır”.