Prezident İlham Əliyev Bakıdakı 32 və 12 nömrəli məktəblər üçün tikilmiş yeni tədris korpuslarında olub.
Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikilib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı 32 nömrəli orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev bundan başqa, Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə də tanış olub.