"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün  dəhşətli PROQNOZ:   dünya tanınmaz dərəcədə  dəyişəcək
08 iyul 2025 20:15 (UTC +04:00)

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək

Son illər dünyada baş verən hadisələr, yumşaq desək, təəccüb doğurur. Ancaq "yaşayan Nostradamus" da adlandırılan braziliyalı ekstrasensin dediyi kimi, bu il dünyanın sonuncu ildir.

Lent.az bildirir ki, Atos Salome, “Daily Mail” üçün yazdığı məqalədə dünyanın sarsılacağını söyləyib. Sakit meditasiyalarında o, “fırtınalar və iqlim fəlakətləri” görüb.

"Bu ilin sonuna qədər Qolfstrim əhəmiyyətli dərəcədə zəifləyəcək - qlobal hadisə, onun ilk siqnalı avqust-sentyabr aylarında Karib hövzəsi və Şimali Atlantikada qasırğa olacaq. Nəticələr demək olar ki, dərhal olacaq", - o bildirib.

Ekstrasensin sözlərinə görə, 2026-cı ildə Qərbi Avropa yayda şiddətli quraqlıq, ardınca payızda tropik tufanlar və son onilliklərin ən pis qışı ilə qarşılaşacaq. Nyu-York, Mumbay və Laqos milyonlarla insanı dünyadan kəsəcək ildırım sürətli daşqınlara məruz qalacaq, o, bir ildə çox şeyin dağılacağına da inanır.

Eyni zamanda, "yaşayan Nostradamus" belə öncəgömələrin tənqid edildiyini vurğulayır. Xüsusilə, onu şarlatan, fırıldaqçı və daha pis adlandırırırlar. Amma vecinə deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar