Bu 11 geniş yayılmış vərdiş  noutbukunuzu “öldürə” bilər
08 dekabr 2025 17:47 (UTC +04:00)

Bu 11 geniş yayılmış vərdiş noutbukunuzu “öldürə” bilər

0

Bir çoxları gündəlik davranışların cihazlara necə zərər verdiyini heç düşünmür. Əksər insanlarda texnika zavod qüsuruna görə deyil, elə bizim öz vərdişlərimizə görə sıradan çıxır. İllərlə eyni xırda səhvləri təkrarlayırıq və sonra təəccüblənirik ki, niyə noutbuk qızmağa, səs salmağa və ya birdən-birə işə düşməməyə başlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu problemlərin 90 faizini gündəlik həyatda nəyin noutbuklara zərər verdiyini bilsək, asanlıqla aradan qaldırmaq olar. Noutbukların ömrünü qısaldan geniş yayılmış vərdişləri və bahalı təmirdən qaçmaq üçün nə etmək lazım olduğunu öyrənin.

Toz soyutma sistemini öldürür

Toz hər cür cihazın baş düşmənidir. O, ventilyator və radiatorlarda toplanır, soyutmanı zəiflədir və bunun nəticəsində qızma, sürət azalması və səs yaranır. Texnika döşəmədə və ya divara yaxın durursa, toz iki dəfə daha sürətlə yığılır.

Zaman keçdikcə çirklənmə o qədər sıx olur ki, hava demək olar ki, keçmir. Buna görə bir neçə aydan bir noutbuku hava ilə təmizləmək kifayətdir artıq onun ömrünü uzatmış olursunuz.

Noutbuku yataqda istifadə etmək qızmaya səbəb olur

Yumuşaq səth ventilyasiya dəliklərini bağlayır, soyuq havanın daxil olmasını, isti havanın çıxmasını bloklayır. Bunu mütəmadi etsəniz, noutbuk hətta sadə işlərdə belə səs salmağa başlayacaq, ona görə cihazı sərt səthə qoymaq daha yaxşıdır.

Batareyanı sıfıra qədər boşaltmaq

Müasir akkumulyatorlar dərin boşalmadan xoşlanmır. Noutbuku tam “0”-a salmaq batareyanın kimyasını zədələyir və xidmət müddətini azaldır.

Optimum həll enerjini 20-80 faiz aralığında saxlamaqdır. Bir çox noutbukklar maksimum şarjı avtomatik məhdudlaşdıra bilir.

SSD-ni defraqmentasiya etmək ömrünü qısaldır

HDD-də defraqmentasiya faydalı idi, amma SSD-də diskin resursunu yandırır, çünki milyonlarla lazımsız yazma əməliyyatı aparılır. Sistem özü TRIM təmizləmə prosesini işə salır - bu diski zədələmir. Ona görə SSD-yə ən yaxşı qulluq heç nəyi əl ilə optimallaşdırmamaqdır.

Noutbuku bir əllə açmaq

Qapağı bir küncündən qaldıranda yük bərabər paylanmır. Menteşələr əyilir, zamanla boşalır və bir müddət sonra qırılma riski yaranır. Menteşələrlə birlikdə ekran kabeli də sıradan çıxa bilər o da içəridə sıxılı vəziyyətdə yüklənir.

Köhnə şəbəkə filtri sizi qoruyacaq deyə düşünmək

Ucuz filtr bir neçə ildən sonra qoruma qabiliyyətini itirir, kəskin gərginlik artımı isə blok qidalanmanı, videokartanı və ya ana platayı bir anda yandıra bilər. Real qoruma üçün yüksək enerji ehtiyatı olan filtr və ya kiçik UPS lazımdır - bu həm gərginlik sıçramasından, həm də qəfil elektrik kəsilməsindən qoruyur.

Statik elektrik komponentləri öldürə bilər

Kiçik bir elektrik boşalması yaddaşı, ana platayı və ya videokartanı məhv edə bilər. Bu daha çox qışda, hava quru olanda olur. Kompüterin içində işləməzdən əvvəl sadəcə metal korpusa toxunmaq kifayətdir yığılan yüklənməni boşaldır və dəmirə zərər vermir.

Onlarla açıq vərəq yaddaş və prosessora yük olur

Hər açıq vərəq RAM və prosessor resursu deməkdir. Lazımsız səhifələri bağlayın.

ƏS yeniləmələrini ötürmək

Yeniləmələr çox vaxt təhlükəsizlik patch-ləri ehtiva edir. Xakerlər köhnə sistemlərdən istifadə edir, çünki onların boşluqlarını bilirlər. Yeniləmək təkcə Windows və macOS-u deyil, brauzeri, drayverləri və antivirusu da əhatə edir. Bu bir neçə dəqiqə çəkir, amma riskləri kəskin azaldır.

BIOS-u səhv yeniləmək

BIOS sistemin ən həssas hissəsidir. Kiçik bir səhv ana platanın işləməməsinə səbəb ola bilər. BIOS-u yalnız konkret səbəb varsa yeniləyin sadəcə “yenisi çıxdı” deyə etməyə dəyməz.

Noutbuk yanında içki saxlamaq

Tökülən qəhvə və ya su klaviaturanın altından keçərək plata çatır. Bəzən noutbuk dərhal sıradan çıxır, bəzən isə nəticələr gizli qalır və sonradan kontaktlarda korroziya şəklində ortaya çıxır. Yaxşısı içkiləri cihazdan uzaq saxlamaqdır. Əgər töküldüsə dərhal söndürün və servisə aparın, qurutsunlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar