Filmdəki UÇAN TAKSİLƏR REAL HƏYATDA:   Bu tarixdən xidmət göstərəcək
23 oktyabr 2021 07:13 (UTC +04:00)

Filmdəki UÇAN TAKSİLƏR REAL HƏYATDA: Bu tarixdən xidmət göstərəcək

Romanın Leonardo da Vinçi adına “Fiumicino” Hava Limanı 2024-cü ildə yeni aerotaksi (uçan taksi) xidməti təqdim edəcəyini açıqlayıb.

Lent.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, “Volocopter” adlandırılan aerotaksilər sərnişinləri hava limanından şəhər mərkəzinə çatdıracaq.

Tamamilə ekoloji cəhətdən təmiz və demək olar ki, səssiz olan sözügedən taksi markası “VoloCity helikopter” sinifinə aiddir. 

Taksilər xarici görünüşcə “Blade Runner” (1982) və ya “"The Fifth Element” (1997) elmi-fantastik filmlərindəki pilotsuz avtomobilərin dizaynı əsasında hazırlanıb.

Uçuş qiyməti 140 avro göstərilib. Bu gediş qiyməti, ənənəvi adi taksilərdən, təxminən iki dəfə bahadır. Aerotaksilər şəhər tıxaclarından yan keçməklə cəmi 10 dəqiqəyə ünvanda olacaq. 

Taksilər “Fiumicino” limanının ərazisindəki xüsusi ərazisindən havaya qalxacaq. Şəhərin mərkəzinə çatma məntəqəsi isə hələlik məxfi saxlanılır.
Birinci mərhələdə pilot kabinəsində bir sərnişin və bir pilotun olması planlaşdırılır.

Malların daşınması üçün isə nəqliyyat vasitələrinin pilotsuz rejimdə istifadəsi planlaşdırılır. İlkin olaraq 6 aerotaksinin fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Alman şirkəti olan “Volocopter” 2011-ci ildən təyyarələrini sınaqdan keçirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8108

Oxşar yazılar

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45