Fövqəladə şiddətli bir meteorologiya hadisəsi gəlir
27 iyul 2021 20:20 (UTC +04:00)

Fövqəladə şiddətli bir meteorologiya hadisəsi gəlir

 Qlobal istiləşmə ilə bağlı elmi araşdırmalar gecə istiliyinin şimal bölgələrində də artmağa başladığını göstərir.

 Lent.az bildirir ki,  “Lancet” elmi jurnalında dərc olunan məqalədə yazılır ki, dünyada bu günə qədər tropik bölgələrdə qeyd edilən gecə istiliklərindəki artım artıq şimala doğru da yayılmağa başlayıb.

  “Kanada iqlim atlası”nda yer alan elmi məqalədə ölkədə gündüz istiliklərinin artdığı, Ontario və Quebec əyalətləri başda olmaqla, bəzi bölgələrdə gecə istiliklərinin daha sürətli yüksəldiyi qeyd edilir: "Gecələr canlıların bədənlərinin soyuduğu, vücud istiliyinin tarazlıqlandığı zamanlardır. Bədənimiz gecə istilikləri yüksək olarsa, soyumağa vaxt tapmayacaq. Məsələn, ürək xəstəliyi və ya asma kimi sağlıq problemləri olan adamlar üçün bu, son dərəcə problemli və potensial ölümcül ola bilər."

  Dünya Hava Atribusiyası (World Weather Attribution) alimlərinin son araşdırmasına görə, Kanadanın qərb əyalətlərini təsiri altına alan Sakit Okeanın şimal-qərbindən gələn həddindən artıq istilik dalğası "fövqəladə şiddətli bir meteorologiya hadisəsi"dir və 1000 ildən bir meydana gəlir.

# 10917
avatar

Oxşar yazılar