"Google"dan "Facebook" parollarını oğurlayanlara yeni  CƏZA
06 iyul 2021 18:44 (UTC +04:00)

"Google"dan "Facebook" parollarını oğurlayanlara yeni CƏZA

"Google" şirkəti istifadəçilərin "Facebook" hesablarının parollarını oğurlayanları mağazasından çıxarıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 10 troyan zərərverici bir sıra populyar tətbiqetmə təyin olunaraq mağazadan silinib.

İlk baxışdan bu proqramlar faydalı və ən azından zərərsiz yardımçı proqramlar (optimizatorlar, fitness tətbiqlər, foto-redaktorlar və astrologiya proqramları) idi. Proqramlar bütün funksiyalarını lazımınca yerinə yetirirdi. Amma bəzi hallarda tətbiqlərdə görünən reklamdan qurtulmaq üçün istifadəçilərdən "Facebook" hesablarına daxil olmaları istənilirdi ki, bu halda onların login və parolu ələ keçirilirdi.

 

# 3264
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar