Günəşdən 100 dəfə böyük ULDUZUN PARTLAMA ANI  - FOTO
10 avqust 2021 18:52 (UTC +04:00)

Günəşdən 100 dəfə böyük ULDUZUN PARTLAMA ANI - FOTO

Avstraliya Milli Universitetinin astronomları dünyada ilk dəfə supernova ulduzunun partlayış anı fotosunu əldə edə biliblər. Söhbət, bizim Günəşdən 100 dəfə böyük olmuş SN2017jgh adlı ulduzdan gedir.

Lent.az "technote"a istinadən xəbər verir ki, supernova ulduzunun yaranma prosesinin ilkin mərhələsi o qədər sürətlə reallaşır ki, teleskopların əksəriyyəti həmin anı tuta bilmir. Bu məsələ ilə bağlı indiyənə kimi olmuş məlumatlar səthi olublar və supernova ulduzunun ilkin mərhələsi hesab edilən parlaq partlayışı özündə birləşdirməyiblər. Supernova ulduzunun partlayış anı fotosu 2017-ci ildə Kepler teleskopu vasitəsilə əldə olunub.

Çox güclü işıq məhv olmaq üzrə olan ulduzun daxilindən keçən dalğa zərbəsi rolunu oynayır. Bu proses ulduzun partlamasından bir neçə saniyə öncə baş verir. Bu kəşf supernova mərhələsinə keçmiş digər ulduzları identifikasiya etməkdə yardımçı olacaq. Supernova ulduzlarınn müşahidə edilməsi astronomiyanın ən vacib sahələrindən biridir. Bu, kainatın tərkibində olan elementlərin mənşəylərini öyrənməkdə çox yardımçı olur. Kepler teleskopunun öz fəaliyyətini dayandırmasına baxmayaraq NASA Transiting Exoplanet Surbey Satellite (TESS) kmi yeni teleskoplar supernova ulduzlarının ilkin mərhələdə partlayışlarını təyin edə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4887

Oxşar yazılar

Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07
“Rolls-Royce Cullinan”   Dubay polisinə təhvil verildi

“Rolls-Royce Cullinan” Dubay polisinə təhvil verildi

3 may 2025 , 03:34
Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20