İyun ayının  ən yaxşı smartfonları   AÇIQLANDI
02 iyul 2022 19:56 (UTC +04:00)

İyun ayının ən yaxşı smartfonları AÇIQLANDI

“Gizchina” portalı iyun ayında satışa çıxarılan ən yaxşı smartfonların siyahısını dərc edib.

120 Hz yeniləmə tezliyi ilə 6,67 düymlük AMOLED displeylə təchiz edilmiş Poco F4 siyahıda birincidir. Həmçinin qeyd olunur ki, panelin parlaqlığı 1300 nit-ə qədər çatır, toxunma təbəqəsinin tezliyi isə 360 Hz tezliyində yenilənir.

Maksimum takt tezliyi 3,2 GHz olan “Snapdragon 870” çipsetinə xüsusi diqqət yetirilir ki, bu da Adreno 650 prossoru ilə birlikdə əksər oyunları çox çətinlik çəkmədən idarə edə bilir.

Poco F4 5G, həmçinin optik və elektron təsvir sabitləşdirməsi olan 64MP əsas sensor, 8MP ultra geniş bucaqlı sensor və 2MP makro kamera ilə üçlü kamera quruluşuna malikdir. Ön kamera 20 meqapiksellik sensorla təmsil olunur.

Poco F4 4500 mAh batareya ilə təchiz edilib və 67 Vt sürətli şarjı dəstəkləyir. “Gizmochin”un siyahısına daxil olan digər yenilik isə Samsung Galaxy F13-dür. Smartfon 60 Hz yeniləmə tezliyi olan 6,6 düymlük IPS ekranla təchiz edilib.

Smartfon xüsusi Exynos 850 çipsetini, həmçinin 4 GB operativ yaddaş və 128 GB-a qədər daxili yaddaş əldə edib. Galaxy F13 üç kameraya malikdir. 50MP əsas, 5MP ultra geniş və 2MP dərinlik sensoru. Ön tərəfdə 8 meqapiksellik selfi kamerası var.

Samsung Galaxy F13-ün əsas üstünlüyü 15 Vt doldurma dəstəyi ilə 6000 mAh gücündə batareyasıdır. 

“Gizmochina”nın məlumatına görə, iyun ayının ən yaxşı smartfonları siyahısına Poco X4 GT, Oppo Reno 7A, Poco C40, Motorola Moto G82, Realme GT Neo 3T və istifadəçilər arasında daha az populyar olan digər modellər də daxildir.
 

# 4221
avatar

Oxşar yazılar