Smartfon çantada niyə qızır: SƏBƏB
05 may 2025 12:52 (UTC +04:00)

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon bəzən ekranı söndürülmüş və tətbiqlər açıq olmadığı halda belə çantanın içində çox qızmış olur – sanki tam gücü ilə işləyir. Bəs bunun səbəbi nədir?

Məlum olur ki, qızmanın səbəbi görünməyən və nəzərə alınmayan amillərlə bağlıdır.

Lent.az bu səbəbləri sizə təqdim edir:

Çanta “termos”a çevrilir

Çanta sintetik materiallardan (neylon, poliester) hazırlanıbsa, o, sanki bir termos kimi davranır. Bu materiallar istiliyin çölə çıxmasını əngəlləyir. Havasız qapalı bölmələr cihaz üçün “sauna” effekti yaradır. Ən təhlükəlisi isə balaca, fermuarlı ciblərdir – smartfon orada tək olsa belə, ventilyasiyanın olmaması prosessorun qızmasına səbəb olur. Hətta sistem yenilənməsi və məlumat sinxronizasiyası kimi sadə arxa plan tapşırıqları belə qızmaya yol açır.

Metall aksesuarlar – gizli təhlükə

Fermuarlar, metal bəzəklər və ya açarlar istiliyi keçirən materiallardır. Onlar telefonun korpusuna toxunduqda, istiliyi gücləndirərək cihazın daha da qızmasına səbəb olur. Əgər çantada power bank varsa, vəziyyət daha da pisləşir. Hətta aktiv yükləmə olmasa da, iki metal cisim arasındakı toxunma mikro-isti yayılmasına səbəb ola bilər

Geolokasiya da günahkardır

Bir çox tətbiq (hava durumu, xəritələr, fitnes izləyicilər) arxa planda geolokasiyanı işlədərək prosessoru məşğul edir. Qapalı çantada GPS siqnalı zəifləyir, nəticədə telefon daha çox enerji sərf edərək siqnal axtarır, bu da əlavə istilik yaradır.

Qızmanın qarşısını necə almaq olar?

Təbii materiallardan (məsələn, kətan) hazırlanmış və hava keçirən çexollar seçin. Geolokasiyanı yalnız lazım olan tətbiqlər üçün açıq saxlayın. Çantadan lazımsız metal əşyaları çıxarın. İsti havada çantaya bir ədəd silika gellə dolu paket qoyun – bu, rütubəti çəkərək kondensasiyanın qarşısını alacaq. Tez-tez qızan telefonlarda enerji qənaəti rejimini aktiv edin – bu, arxa plan fəaliyyətini məhdudlaşdıracaq və həm enerjiyə, həm də temperatur balansına qənaət edəcək.

Smartfonun qızması həmişə ekran və ya aktiv tətbiqlərlə bağlı olmur. Çanta içindəki şərait, material və geolokasiya kimi gizli amillər də buna ciddi təsir edir. Düzgün tədbirlər görməklə həm cihazınızı, həm də akkumulyator ömrünü qoruya bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar