Sosial şəbəkələrə NEÇƏ SAAT vaxt sərf edirik? – KARBON QAZI ilə yüklənən SOSİAL MEDİALAR 
25 may 2021 19:52 (UTC +04:00)

Sosial şəbəkələrə NEÇƏ SAAT vaxt sərf edirik? – KARBON QAZI ilə yüklənən SOSİAL MEDİALAR 

Müasir insanın həyatı və işi demək olar ki, internetdən asılıdır. Dünyada baş verən hadisələri izləməkdə, ünsiyyətdə, bir çox gündəlik təlabatları təmin etməkdə, yaranan bəzi problemlərin qısa həllində, istirahətdə internet artıq əvəzsiz vaistədir. 

Bütün günü vaxtımızı alan internet artıq həyatımızda karbon qazı konsepsiyasını yaradır. 

Lent.az araşdırmalar nəticəsində gün ərzində insanların sosial şəbəklərdən ayırdığı zamanı və  nə qədər karbon qazı qəbul etdiyini təqdim edir: 

Bir gündə 500 milyondan çox tvit paylaşılır

2006-cı ildə Jack Dorsey tərəfindən yaradılan “Twitter” hazırda dünyanın məşhur 3 ən böyük sosial media şəbəkəsidir. Bəzən bir tək hərif və ya başqasının paylaşımı ilə bir gün ərizndə 500 milyondan çox tvit atıldığı məlum olub. 

Bu gün ən çox “Twitter” istifadəçisi Yaponiyada yaşayır. 2011-c ildə ölkədə zəlzələ baş verir və insanlar məlumatları yalnız “Twitter” vaistəsilə alır. Həmin il istifadəçi sayı 33 faiz artmışdı. 

294 miyard e-mail göndərilir

Elektron poçt vaistəsilə gündə 294 milyard məktub göndərilir. Əlavəsiz göndərilən bir məktubun tərkibində 4 qram karbon dioksid var. İçərisində vizual görüntülər olan zaman bu göstərici 50 qram, “spama” düşən məktub isə 0, 3 qram olur. 
Araşdırmalar nəticəsində məlum olub ki, gün ərzində 65 e-mail göndərmək 1kilometr maşın sürməyə bərabərdi. Hesablamalar nəticəsində il ərzində bir insanın elektron poçt vaistəsilə göndərdiyi məktubda karbon qazı 136 kiloqramdır.


“WhatsApp” da bir gündə təxminən 100 milyard mesajı göndərilir

“WhatsApp” rəhbəri  2020-ci ildə tvitterdə verdiyi məlumata görə gün ərzində qeyd olunan sosial şəbəkəyə 100 milyarddan çox mesaj göndərilir. Bu proses 2018-ci ildən 53 faiz artıb. Mütəxəssislər sms –in insan sağlamlığı üçün vacib olduğunu bildirir. 

“İnstagram”da bir gündə 95 milyondan çox foto və video paylaşılır

İnsanlara ən çox karbon qazı “İnstagram” sosial şəbəkəsi “bəxş” edir. Canlı yayıma qoşulmaq, izləmək və hekayələrə baxmaq insan sağlamlığı üçün çox təhlükəlidir. 


Hər gün “Youtube” 720 min saatlıq video yüklənir

Hazırda dünyanın ən məşhur ikinci sosial şəbəkəsi “Youtube” dur. Sosial media istifadəçilərinin 79 faiznin “Youtube” kanalı var. Gün ərzində burada 1 milyard saatdan çox videolar izlənilir. 70 faizdən çox insan qeyd olunan sosial şəbəkəyə telefon vaistəsilə qoşulur. 
 

# 5154
avatar

Nigar Adil

Oxşar yazılar