Süni ürək transplantasiyası reallaşdırıldı - DÜNYADA İLK  - VİDEO
27 iyul 2021 19:54 (UTC +04:00)

Süni ürək transplantasiyası reallaşdırıldı - DÜNYADA İLK - VİDEO

 

Amerikalı mütəxəssislər dünyada ilk dəfə süni ürək transplantasiyasını reallaşdırıblar. 

Lent.az "technote"a istinadən xəbər verir ki, "Aeson" adlı kardioprotez Fransanın Carmat adlı şirkəti tərəfindən yaradılıb və ürək transplantasiyası üçün növbə gözləyən bir çox insanın həyatını xilas edə bilər. Yaradılmış süni ürək maksimal olaraq adi insan ürəyinə bənzəyir. Süni ürək 2 ədəd mədəcik kamerası və 4 ədəd bioloji klapan əldə edib. Lakin buna baxmayaraq onun fəaliyyəti üçün kənar batareyadan enerji lazımdır.

Xüsusi sensorlar ilə alqoritmlərin qəliz kombinasiyası süni ürək göstəricilərinin real zaman ərzində təyin edilməsində və insan bədənindəki daimi qan dövranının dəstəklənməsində yardımçı olur. Sözügedən protez bioloji uyğun olan materiallardan hazırlanıb.

Dünyanın ilk süni ürək transplantasiyası əməliyyatı Dyuk Universitetinin mütəxəssisləri tərəfindən reallaşdırılıb.

Dünyanın ilk süni ürəyini əldə etmiş şəxs isə Şimali Karolinadan olan 39 yaşlı Matthew Moore olub. Müəyyən anda onun səhhəti pisləşib və hətta real ürək transplantasiyası da onun həyatını risk altına ata bilərdi. Lakin Aeson adlı kardioprotez həkimlərin ümidlərini doğrultmağı bacarıb. Belə ki, sözügedən süni ürək stabil şəkildə çalışır və əsl ürəyi tam əvəz edə bilir.

Mütəxəssislər qeyd ediblər ki, süni ürəyi əldə etmiş şəxs daima yanında xarici batareyanı gəzdirməli olacaq. Bundan əlavə olaraq bu süni ürək yarım ildən çox çalışa bilməz. Buna görə də gec-tez real ürək transplantasiyasını reallaşdırmaq şərt olacaq. Mütəxəssislərin fikirlərinə əsasən bu kardioprotez real ürək transplantasiyası növbəsində gözləyərək həyatlarını itirən insanlara yardımçı ola biləcək.

# 3105
avatar

Oxşar yazılar