Tanınmış mərhum siyasətçinin “Jiquli”si satılır
16 mart 2021 15:13 (UTC +04:00)

Tanınmış mərhum siyasətçinin “Jiquli”si satılır

Nijni Novqorod sakini Natalya Ubaydova, özünün dediyinə görə, 2015-ci ilin fevralında öldürülən rusiyalı siyasətçi Boris Nemtsova məxsus  “Jiguli” avtomobilini satışa çıxarıb. 

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bununla bağlı məlumat onun “Facebook” səhifəsində yayımlanıb.

Avtomobili 3 milyon rubla ala bilərsiniz. Yayılan sənədlərə görə, ağ rəngli avtomobil 1991-ci ildə istehsal edilib. Əvvəlki sahibi Boris Nemtsovdur, avtomobilin pasportu 1997-ci ilin sentyabrında verilib.

Yazılan şərhlərdə avtomobilin Nemtsov Moskvaya köçdüyü zaman alındığı və etibar edilən bir şəxsin “Jiguli”nin satışına cəlb olunduğu göstərilir.

Nemtsov 1991-ci ilin noyabrında Nijni Novqorod vilayətinin başçısı təyin edilib, 1997-ci ilin martına qədər bu vəzifəni tutub, sonra Rusiyanın yanacaq və enerji naziri təyin edilib. 2015-ci ilin fevralında siyasətçi Moskvanın mərkəzində güllələnib. Dörd güllə vurulub və yerindəcə ölüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4370

Oxşar yazılar

Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20
YouTube  videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

2 may 2025 , 13:03
"Wi-Fi" sürətini  necə yaxşılaşdırmaq olar? - Altı asan yol

"Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol

2 may 2025 , 12:00
Bu markanın milyonlarla telefonu  fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

Bu markanın milyonlarla telefonu fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

2 may 2025 , 10:50
"WhatsApp"da ilk yaşandı

"WhatsApp"da ilk yaşandı

2 may 2025 , 07:54
"Skype" tarixə qovuşur

"Skype" tarixə qovuşur

1 may 2025 , 23:59
Ən böyük smartfon istehsalçısı  AÇIQLANDI

Ən böyük smartfon istehsalçısı AÇIQLANDI

1 may 2025 , 15:08