“Whatsapp”da bu da mümkün olacaq: QRUP İÇİNDƏ QRUP
09 noyabr 2021 09:38 (UTC +04:00)

“Whatsapp”da bu da mümkün olacaq: QRUP İÇİNDƏ QRUP

“Whatsapp” tərtibatçıları messencer üçün “Communities” adlı funksiya üzərində işləri yekunlaşdırıb.

Lent.az xəbər verir ki, söhbət qrup çatlarının imkanlarını genişləndirəcək funksiyadan gedir.

“Communities” çatlarının adminləri adi qrup çatlarının adminlərindən fərqli olaraq daha geniş imkanlara sahib olacaqlar. Məsələn, “Communities” çatlarının daxilində fərdi qruplar yaratmaq mümkün olacaq. Bu bir növ Discord serverlərindəki kanallara bənzəyir.

Bundan əlavə, “Communities” çatlarının adminləri xüsusi linklər vasitəsilə yeni istifadəçiləri dəvət edə biləcəklər.

Ortaya çıxmış fotolardan birinə əsasən bu cür linkləri sürətlə müəyyən istifadəçiyə göndərmək və ya QR koda çevirmək mümkün olacaq. Bu cür link vasitəsilə dəvət almış istifadəçinin “Communities”dəki bütün çatlara yaza bilib-bilməyəcəyi məlum deyil.

Verilmiş məlumata əsasən, “Communities” çatları end-to-end şifrələnməyə sahib olacaqlar. İstifadəçilərin bu cür çatları adi qrup çatlarından fərqləndirə bilmələri üçün isə xüsusi dizayn fərqliliyi reallaşdırılacaq.

Yeni funksiya hazırda mesencerin Android və iOS versiyalarında test olunur. Funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir./"technote"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8250

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48