Azərbaycanın bu kəndində hamı traktor sürür - VİDEO
10 noyabr 2023 17:54 (UTC +04:00)

Azərbaycanın bu kəndində hamı traktor sürür - VİDEO

Bura Qusarın Düztahir kəndirdir. Bu kənddə demək olar ki, hər kəsin həyətində bir T - 16 traktoru var.

Kənd sakini Qafur Əmirağayev 20 ildən çoxdur ki, T - 16 markalı traktor idarə edir. Müsahibimiz el arasında “Pat-pat” adlandırılan bu texnikanın dağ kəndləri üçün xeyli əlverişli olduğunu bildirir. Qafur Əmirağayev qeyd edir ki, çətin dağlıq relyefdə T - 16-lar olduqca rahat hərəkət edə bilir. Eyni zamanda bu texnika digər texnikalardan daha az dizel yandırır. Təbii ki, bu da kənd sakinlərinin işinə yarayır. 

T - 16 traktorları kənd sakinlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını, gübrələri  və digər yüklərin daşınmasını asanlaşdırır. Bu texnikanın təmiri də elə kənddə həyata keçirilir. Təmir üçün lazım olacaq ehtiyat hissələri də kənddə satılır. Burada hətta yanacaqdoldurma məntəqəsi də var.

Qeyd edək ki, hazırda 300-dən çox evin olduğu kənddə 200-dən çox qırmızı “pat-pat” var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21997

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09