Çeçenlər Qarabağa görə müsəlmanları söyən  erməni iş adamını saxladı - VİDEO
04 iyun 2025 12:25 (UTC +04:00)

Çeçenlər Qarabağa görə müsəlmanları söyən erməni iş adamını saxladı - VİDEO

Biznesmen Areq Şepixin qaçırılmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının milli siyasət naziri Əhməd Dudayev öz Teleqram kanalında məlumat yayıb.

***

Rusiyada Qarabağ müharibəsinə görə, müsəlmanlara nifrət etdiyini bildirən erməni iş adamı 39 yaşlı Areq Şepixin oğurlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə iyunun 3-də axşam saatlarında paytaxt Moskva şəhərinin Yaroslavski dəmir yolu vağzalında baş verib. Yayılan videoda saqqallı beş nəfərin orta yaşlı bir kişini aparıb sayrışan işıqları olan qara avtomobilin baqajına itələdiyi görünür.

Daha sonra bildirilib ki, Moskvanın Kiyevskoye Şosse ərazisində polis Şepixini Yaroslavski stansiyasından aparan AMR nömrəli avtomobili saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu avtomobildə tapmayıblar.

Qaçırılan Areq Şepixin anası yerli telegram kanallarına deyib ki, oğlu Qarabağdakı müharibəyə görə müsəlmanlara qarşı kəskin mənfi münasibət formalaşdırıb. Qadının sözlərinə görə, oğlu Qarabağda döyüşməyib, lakin o, hadisələri çox fəal izləyib və Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrindən çox narahat olub.

Məlumata görə, erməni iş adamı sosial şəbəkələrdə həmçinin çeçen və dağıstanlılara qarşı da təhqirlər yazıb.

Digər bir məlumata əsasən, Areqin qaçırıldığı “Mersedes”i Ramzan Kadırovun yaxın çevrəsindən biri kimi adı hallanan Səidəhməd Eldarbiyevin, hətta onun köməkçisinin də avtomobili müşayiət edir.

KİV-in məlumatına görə, Eldarbiyev Kadırovun əmisi oğlu, Çeçenistan administrasiyası rəhbərinin birinci müavini Turpal-Əli İbrahimovun ən yaxın adamlarından biri hesab olunur. Lakin Eldarbiyevin bu adam oğurluğunda əli olub-olmadığı qeyd olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3244

Oxşar yazılar