Siyasətçi tualetdə onlayn iclasa qatıldı - VİDEO
12 iyun 2024 15:00 (UTC +04:00)

Siyasətçi tualetdə onlayn iclasa qatıldı - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərinin keçmiş meri Sezar Mayanın tualetdə oturarkən təsadüfən onlayn bələdiyyə iclasına qoşulub.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyunun 5-də 78 yaşlı siyasətçi videobağlantı vasitəsilə mədəni irs məsələlərinin müzakirəsinə qatılarkən gülməli hadisə baş verib. Həmişə olduğu kimi, görüş “Zoom” vasitəsilə keçirilib və Respublika Şurasının üzvü Pablo Mellonun moderatorluğu ilə keçirilib.

Görüş zamanı Sezar Maya təsadüfən noutbukun kamerasını aşağı salaraq tualetdə olduğunu üzə çıxarıb. Kadrda keçmiş merin şalvarı və çılpaq topuqları əks olunub.

Sessiya rəhbəri Pablo Mello müzakirəni gülüşlə davam etdirməyə çalışaraq nəzakətlə Sezar Mayadan kameranı söndürməsini xahiş edib: “Zəhmət olmasa, kameranı söndürün”.

Video internetdə tez bir zamanda yayılıb və keçmiş merin müşaviri vəziyyəti izah etməli olub. Onun sözlərinə görə, Sezarın vəziyyəti qəfil pisləşib, lakin o, müzakirənin vacib məqamlarını qaçırmaq istəməyib, konfransı tualetdən davam etdirib. O əlavə edib ki, kamera təsadüfən işə düşüb və siyasətçinin özü heç kimi şoka salmaq istəmir.

Qeyd edək ki, Sezar Maya üç dəfə (1993-1997, 2001-2005 və 2005-2009) Rio-de-Janeyro şəhərinin meri vəzifəsində çalışmış braziliyalı siyasətçidir. O, siyasi karyerasına 1980-ci illərdə başlayıb və o vaxtdan müxtəlif dövlət vəzifələrində çalışıb. Bələdiyyə sədri ilə yanaşı, o, həm də müşavir və federal deputat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4219

Oxşar yazılar

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

29 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

28 aprel 2025 , 10:38