Qamsaxurdiyanın oğlu azadlığa çıxdı
24 oktyabr 2012 15:06 (UTC +04:00)

Qamsaxurdiyanın oğlu azadlığa çıxdı

Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya bu gün səhər saatlarında azadlığa buraxılıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Gürcüstanın “Maestro” telekanalı Tsotne Qamsaxurdiyanın vəkili Keti Bekauriyə istinadən məlumat yayıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcü Pravoslav Kilsəsi və bütün Gürcüstanın katolikosu İkinci İlyanın xahişini nəzərə alaraq, Tsotne Qamsaxurdiyanı əfv edib. Bir həftə əvvəl İkinci İlya Mixail Saakaşviliyə məktub yazıb, Tsotne Qamsaxurdiyanın səhhətinin ağırlaşdığını, adi xəstəxanada müalicəsini davam etdirməyə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Tsotne Qamsaxurdiya 2009-cu il oktyabrın 27-də qonşusu David Bacelidzeyə atəş açaraq yaralayıb. Tsotne Qamsaxurdiya qəsdən adam öldürməyə cəhd göstərməkdə, qanunsuz odlu silah saxlamaqda və gəzdirməkdə günahlandırılaraq 2010-cu ilin aprelində 9,5 il azadlıqdan məhrum edilib. Tsotne Qamsaxurdiya özü günahını etiraf etmir, hakimiyyətin siyasi təqibinin qurbanı olduğunu iddia edir.
# 1051

Oxşar yazılar