ABŞ Gürcüstanda radiolokasiya stansiyası qurdu
0
0
Stansiya 500 min dollara başa gəlib
ABŞ dəniz sularının mühafizəsi və dənizdə qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün Gürcüstanda bir radiolokasiya stansiyası qurub.
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Tiflisdəki səfirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Acarıstan Muxtar Respublikasının Gonio bölgəsində qurulan radiolokasiya stansiyası Gürcüstanın təhlükəsizliyinin qorunmasında böyük rol oynayacaq. Bu radiolokasiya stansiyasının qurulması üçün 500 min dollar xərclənib.
Son 10 ildə Gürcüstan sərhədlərinin qorunması proqramı çərçivəsində ABŞ bu ölkəyə 150 milyon dollar yardım ayırıb. Bundan əvvəl ABŞ tərəfindən Anakliya, Supsa və Çakvi bölgələrində 3 radiolokasiya stansiyası qurulub.

Oxşar yazılar

Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53
Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55