Obama Türkiyədən atom bombalarını aparır
0
0
Barak Obama administrasiyası “Soyuq Müharibə” dövründə Türkiyə, Almaniya, Hollandiya və Belçikadakı hərbi bazalarda yerləşdirilmiş atom bombalarını geri aparmağa hazırlaşır.
Lent.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, aprelin 8-də Rusiya ilə strateji atom silahlarının ixtisara salınması ilə bağlı sazişə imza atmağa hazırlaşan Barak Obama ABŞ-ın atom silahı siyasətini yenidən işləməkdə qərarlıdır.
Türkiyə, Almaniya, Hollandiya və Belçikadakı ABŞ hərbi bazalarında 200-ə yaxın “B61” tipli atom bombası olduğu güman edilir. Bu atom bombalarının 90-a yaxını Türkiyədəki “İncirlik” hərbi bazasındadır. “The Times” yazıb ki, atom bombalarının 50-nə ABŞ, 40-na Türkiyə Silahlı Qüvvələri nəzarət edir.
“The Times” qeyd edib ki, ABŞ bu ölkələrdəki atom bombalarını NATO çərçivəsində razılaşdırılmış yekun qərardan sonra apara bilər. Almaniya, Belçika və Hollandiya artıq “Soyuq Müharibə” dövrü bitdiyini və bu atom bombalarına gərək görmədiklərini rəsmi Vaşinqtona bildiriblər.
Atom silahı olmayan ölkələrə ABŞ-ın atom zərbəsi endirməsi barədə mövcud strateji plandakı müddəanın ləğvini istəyən Barak Obama administrasiyasının yeni siyasəti yeni atom silahlarının yaradılmamasını da nəzərdə tutur.

Oxşar yazılar

Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53
Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55