Abdulla Öcalan: “ABŞ məni öldürəcək”
08 aprel 2010 15:00 (UTC +04:00)

Abdulla Öcalan: “ABŞ məni öldürəcək”

0
Mart ayında Avropanın müxtəlif ölkələrində PKK terror təşkilatına qarşı əməliyyatlar aparılan zaman terror təşkilatının lideri Abdulla Öcalanın vəkilləri ilə görüşdə diqqət çəkən təlimatlar və tövsiyələr verdiyi məlum olub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Abdulla Öcalan deyib ki, “Roj TV” artıq ABŞ və NATO-nun təsirində olmayan ölkələrdə yayılsın.

PKK lideri öldürüləcəyini də söyləyib: “Mən ABŞ tərəfindən öldürüləcəyəm, siz başınızın çarəsinə baxın. ABŞ-ın PKK-ya ehtiyacı qalmadı. Bu, BDP-nin təmsilçilərinin bəzi səfirlərlə keçirdiyi görüşlərdən də anlaşılır. Avropada PKK-ya qarşı əməliyyatlar məqsədli şəkildə həyata keçirilib. Artıq son nöqtə qoyuldu”.

Abdulla Öcalan özünün və PKK-nın artıq məsələnin çözümünə hazır olduğunu dilə gətirib: “PKK-ı məhv etmək planı gündəmdədir. ABŞ-ın əli hər yerə çatır, hər an mən öldürülə bilərəm. PKK-nın məhv edilməsi planına qarşı heç bir şey edə bilmərəm. Artıq məni yox bilin. Məsud Bərzani və Cəlal Tələbani gücsüzdür, amma onları bizə qarşı qaldırmağa çalışırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1304

Oxşar yazılar