Qırğızıstanda vəziyyət yenidən gərginləşir
0
0
Bakiyevin tərəfdarları Cəlalabad vilayət administrasiyasının binasını ələ keçirib
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin 300-ə qədər tərəfdarı Cəlalabad vilayət administrasiyasının binasını ələ keçirib.
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, onlar Bakiyevin yaxın silahdaşı, sabiq müdafiə naziri Bakıt Kalıyevin həbsdən azad olunması haqda tələbləri yerinə yetirilmədiyi üçün bu addımı atdıqlarını bildiriblər.
Mitinqçilərlə danışıqlara gedən vilayət qubernatorunun səlahiyyətlərinin icraçısı Asan Bekturov sabiq nazirlə telefonla danışdığını, onun səhhətinin qaydasında olduğunu və tezliklə azad ediləcəyini söyləyib. Lakin Bakiyev tərəfdarları ona inanmayıblar və özlərinin Bakıt Kalıyevlə telefonla danışmaq istəklərini dilə gətiriblər.
Xatırladaq ki, sabiq müdafiə naziri Bakıt Kalıyev Kurmanbek Bakiyevin Qırğızıstandan Qazaxıstana getməsindən sonra verdiyi sözü yerinə yetirərək yeni hökumətə təslim olub.
Bu arada Kurmanbek Bakiyevin qardaşı, Dövlət Mühafizə Xidmətinin keçmiş sədri Janıbek Bakiyevin ata yurdu Teyit kəndini tərk etdiyi bəlli olub. Qırğızıstanın daxili işlər naziri əvəzi Bolotbek Şerniyazov general Janıbek Bakiyevin Bakıt Kalıyevlə birgə təslim olmaq barədə vədini yerinə yetirmədiyini bildirib: “O, zabit kimi hərəkət etmədi və qaçdı”.

Oxşar yazılar

Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53
Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55