İrandan Məkkəyə narkotik maddə daşınır
Müsəlmanların bu müqəddəs şəhərinə getmiş qaçaqmalçı İran vətəndaşlarından 8 kiloqram narkotik maddə müsadirə edilib.
Hava limanı təhlükəsizlik xidmətinin başçısı bu əməliyyatdan fəxrlə danışaraq deyib ki, Məkkəyə qanunsuz yolla narkotik maddə aparanların sayı ötən illə müqayisədə 4 dəfə artıb. Ötən il bu rəqəm 107 nəfər olub. Bu il Məkkəyə 400 min iranlı zəvvarın gedəcəyi gözlənilir.
Bir neçə il öncə Məhəmmədrza şahın oğlu Rza Pəhləvi İranın indiki hakimiyyətinə müraciət edərək, deyirdi: “Atamın dövründə tərbiyə alanlar İran-İraq savaşını uddu, ancaq sizin yetişdirdiyiniz gənclik narkomandır”.
Şahın oğlunu müdafiədən çox-çox uzaq olsaq da hesab edirik ki, bu fikirdə gerçəklik var. İran vətəndaşlarını “Qərb mədəniyyətindən qoruduğunu” iddia edən bir hakimiyyətin yetişdirdiyi və “qoruduğu” bir nəsil İslamın müqəddəs şəhərinə narkotik maddə aparmaqdan belə çəkinmir.
Sədrəddin Soltan

Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42