Qırğızıstanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandı
Qırğızıstanda oktyabrın 10-da keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Lent.az-ın “trt.net.tr” saytının rəsmi saytına istinadən verdiyi məlumata görə, yekun nəticələrə görə, aprel ayında devrilən prezident Kurmanbek Bakiyevi dəstəkləyən Ata Yurd Partiyası seçkinin qalibi olub.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Akılbek Sarıyev komissiya üzvlərinin də iştirak etdiyi mətbuat konfransında parlamentdə 5 partiyanın təmsil olunacağını bildirib. Bunlar Ata Yurd, Sosial Demokrat, Ar-Namus, Respublika və Ata Meken partiyalarıdır.
Beləliklə, parlamentdəki 120 mandatın 28-i milliyyətçi Ata Yurd, 26-sı iqtidarı dəstəkləyən Sosial Demokrat, 25-i Rusiya tərəfdarı Ar-Namus, 23-ü Respublika və 18-i iqtidar tərəfdarı olan Ata Meken partiyalarının olub. Başqa sözlə, Kurmanbek Bakiyev tərəfdarları qalib gəlsə də, parlamentdə iqtidarı dəstəkləyənlər çoxluq təşkil edirlər.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33