İçkili halda başqasının arvadını öpdü, 6 il həbs cəzası aldı
Lent.az-ın ingilis mediasına istinadən verdiyi məlumata görə, 32 yaşlı idman müəllimi Riçard Duffi gecə saatlarında içkili halda tanımadığı bir evə girib. Bundan sonra həmin evin yataq otağını tapan içkili müəllim taxtda yatan ər-arvadın arasında uzanıb və səhəri orda açıb.
Məlumatda bildirilir ki, Riçard Duffi gecə saatlarında öz evini başqa evlə səhv salıb. Tanımadığı bir evə girən müəllim yataqdakı qadının yanında uzanan kişiyə məhəl qoymadan onu öpüb-oxşamağa başlayıb. Səhər saatlarında yuxudan oyanan qadın yanında tanımadığı kişini görüncə çığır-bağır salıb və əri də yuxudan oyadıb. Vəziyyətin qəlizləşdiyini görən çağırılmamış qonaq qaçıb aradan çıxıb. Amma o, qadının üzündən öpdüyündən, ağız suyu vasitəsilə onun DNT-sini müəyyənləşdirmək olub və 32 yaşlı Duffi yaxalanıb.
Artıq İngiltərədə bu hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Riçard Duffiyə 6 il həbs cəzası verilib.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33