İslamabaddan Vaşinqtona sərt jest
Pakistan hökuməti ABŞ-a ölkə ərazisində quru qoşunlarının iştirakı ilə əməliyyat aparmağa icazə verməyəcək. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Abdul Basit bəyan edib.
O deyib ki, Pakistan ABŞ-a heç vaxt pozmağa cəhd göstərməməli olduğu “qırmızı xətlər” barədə məlumat verib: “ABŞ ordusu və Vaşinqtonun NATO-dakı müttəfiqləri Əfqanıstan sərhədlərindən kənara çıxmamalıdırlar. Pakistan ölkə ərazisində harada və nə vaxt antiterror əməliyyatları aparacağına özü qərar verəcək”.
Qeyd edək ki, “New York Times” qəzeti bundan əvvəl yazıb ki, ABŞ-ın hərbi rəhbərliyi Pakistanın şimal-qərbində terrorçulara qarşı mübarizədə rəsmi İslamabadın passiv mövqe tutmasından narahatdır və qısa zamanda Əfqanıstanda yerləşdirilmiş xüsusi təyinatlı qüvvələrin Pakistanın şimal-qərbindəki terrorçu qüvvələrə qarşı quru əməliyyatı keçirməsi ilə bağlı məsələni razılaşdırmağa hazırlaşır.

Oxşar yazılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28