Leysan yağışlar 35 nəfərin həyatına son qoyub
0
0
Leysan yağışlar nəticəsində dekabrın sonu, yanvarın əvvəlində Braziliyada baş verən subasma və torpaq sürüşmələri zamanı 35 nəfər həyatını itirib.
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Braziliya Mülki Müdafiə Katibliyi 30 min insanın evsiz qaldığını bildirib. Təbii fəlakətdən daha çox Braziliyanın şərqində yerləşən Minas-Jerays ştatı ziyan çəkib. Bu ştatda çay daşması və torpaq sürüşməsi nəticəsində 16 nəfər həyatını itirib. Juniai ştatında 2-si uşaq olmaqla, 4 nəfər torpaq sürüşməsi nəticəsində dağılan evdə qalaraq həyatlarını itirib. Rio-de-Janeyro və Espiritu-Santu ştatları da təbii fəlakətdən ziyan çəkib.
Ümumiyyətlə, 2010-cu ildə Braziliyada təbii fəlakətlər nəticəsində 556 nəfər həyatını itirib, ölkə iqtisadiyyatına 1 milyard dollar ziyan dəyib.