Rusiya ilk dəfə Britaniya raketeni vurdu
09 iyun 2023 07:00 (UTC +04:00)

Rusiya ilk dəfə Britaniya raketeni vurdu

Rusiya-Ukrayna müharibəsində ilk dəfə olaraq Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli qanadlı raketi vurulub.

Lent.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Qeyd olunub ki, aşkarlanan hədəf Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.

Bildirilib ki, obyekt hava hücumundan müdafiənin bu tip ilk məhv edilmiş hədəflərindən biridir.

“Storm Shadow” qanadlı raketi son dərəcə aşağı hündürlüklərdə uça bilir.

# 1815
avatar

Oxşar yazılar