Bu iki təmizləyici vasitə QADAĞAN  edildi
12 sentyabr 2025 12:06 (UTC +04:00)

Bu iki təmizləyici vasitə QADAĞAN edildi

0

Türkiyənin Ticarət Nazirliyi uşaqlar üçün təhlükə yarada biləcək iki təmizlik məhsulunun satışını qadağan edib, hazırda satışda olan məhsulları isə yığışdırıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, nazirliyin apardığı yoxlamalar nəticəsində “Cer Lavabo Açıcı” və “Oxfo Proboom Lavabo Açıcı” adlı məhsullarda təhlükəsizlik çatışmazlıqları aşkarlanıb.

Yayımlanan hesabatda hər iki məhsulun uşaqlar üçün təhlükəli qablaşdırması olduğu, eləcə də üzərində xəbərdarlıq nişanlarının olmadığı bildirilib.

11 sentyabr 2025-ci il tarixli bildirişə əsasən, barkod nömrəsi 8684127033039 olan Cer Lavabo Açıcı və 8683544001513 nömrəli Oxfo Proboom Lavabo Açıcı məhsulları bazardan yığılacaq. Nazirlik bu məhsulların istehlakçı sağlamlığına zərər vermə riski səbəbilə satışını qadağan edib və toplatma prosesinə start verib.

Mütəxəssislər xüsusilə təmizlik məhsullarında uşaq təhlükəsiz qapaqların həyati əhəmiyyət daşıdığını vurğulayır. Təhlükəsizlik tədbirləri olmayan məhsullar azyaşlı uşaqların təsadüfi təması zamanı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 628

Oxşar yazılar