Evin açarını harada gizlətmək  olmaz?
12 dekabr 2025 14:52 (UTC +04:00)

Evin açarını harada gizlətmək olmaz?

0

Bir çox ev sahiblərinin seçdiyi açarı gizlətmə nöqtələrini oğrular yaxşı tanıyır və ilk yoxlanılan yerlərdir.

Lent.az xarici mediaya istinadla riskli nöqtələr barədə xəbər verir.

Qapıdakı xalçanın altı - ən məşhur və eyni zamanda ən təhlükəli gizlətmə yeri hesab olunur.

Poçt qutusu - hər kəs tərəfindən asanlıqla açıla bildiyi üçün qorunmasızdır.

Saxta daşlar - əvvəllər effektiv hesab olunsa da, bu cür daşlar artıq asanlıqla seçilir.

Gül dibçəyi və bağ bəzəkləri - oğruların ilk baxdığı məkanlardan biridir.

Qapı çərçivəsi və pəncərə altlığı - açarın yüksəkdə olması təhlükəsizliyi təmin etmir, çünki bu üsul geniş yayılıb.

Ekspertlər etibarlı alternativlər də tövsiyə edir

Nəşr ehtiyat açarın daha təhlükəsiz və gözlənilməz yerlərdə saxlanılmasını tövsiyə edir:

Etibarlı qonşu, dost və ya qohum - ən təhlükəsiz həll yolu kimi göstərilir.

Kodlu açar qutuları və kiçik seyflər - lakin onlar qapının yaxınlığında deyil, daha diqqətsiz bir nöqtədə yerləşdirilməlidir.

Ağır bağ mebellərinin altı - oğruların tez-tez yoxlamadığı məkanlardandır.

Saxta elektrik rozetkası - təbii görünüşü sayəsində diqqət çəkmir.

Yağış borusu, ventilyasiya barmaqlığı və su axarları - burada açarı lentlə sabitləmək məsləhət görülür.

İt yuvasının altı - ev heyvanı olanlar üçün ikiqat qoruma.

Bağ divarında oynaq kərpic - həm gizli, həm də hava şəraitindən qoruyan üsul kimi təqdim edilir.

Ağıllı kilidlər alternativ kimi göstərilir

Ekspertlər ən yüksək təhlükəsizlik istəyənlərə ağıllı kilidlərdən, yəni fiziki açarsız idarə olunan qapı sistemlərindən istifadə etməyi tövsiyə edirlər. Lakin klassik açarlardan istifadə edənlər üçün düzgün gizlətmə yeri seçmək ev təhlükəsizliyinin əsas şərtlərindən biri hesab olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar