Sərin yataq:  İsti havada rahat yuxu üçün  necə ideal temperatur yaratmalı?
04 avqust 2025 17:16 (UTC +04:00)

Sərin yataq: İsti havada rahat yuxu üçün necə ideal temperatur yaratmalı?

Yay gəzintilər, tətillər və terasda səhər qəhvəsi üçün gözəl fəsildir. Amma acı bir həqiqət də var: istidən yuxusuz gecələr tez-tez yay aylarının əsl kabusuna çevrilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, əgər hər səhər tərlə oyanır, isti yastığın üzərində çevrilir, amma yata bilmirsinizsə, bu vəziyyətdə tək deyilsiniz.

Yalnız otağı yox, yatağın özünü sərinlədin

Bir çox insan otağın temperaturunu aşağı salmağa çalışır, amma yataq döşəyi və yorğan istiliyi saxlayır.

Nə etməli?

İstilik yastığı əvəzinə “soyuqluq yastığı”:

Adi rezin su torbasını buz kimi su ilə doldurun və yuxudan 1 saat əvvəl yatağa qoyun.

Buzlaşdırmayın – material zədələnə bilər.

Yatmazdan əvvəl onu yataqdan çıxarın ki, bədən çox soyumasın.

Soyudulmuş çarşaflar

Təmiz çarşafları sellofan paketə qoyub dondurucuda 30–40 dəqiqə saxlayın. Onlar tam donmamalıdır. Sonra yatağa sərərək rahat və sərin hiss yarada bilərsiniz.

Düzgün yataq dəsti seçin

İsti havalarda pambıq, kətan və bambuk parçalardan olan yataq dəstləri ideal seçimdir.
Bu materiallar:

Nəfəs alır

Nəmi çəkir

İstini saxlamır

Süni materiallar xüsusilə poliester və mikrofiber “istilik effekti”ni artırır və tərləməni çoxaldır. Bambuk çarşaflar xüsusilə gecə tərləməsi yaşayan qadınlar üçün (PMS və ya menopauza dövründə) çox uyğundur.

Sərin effektli topper və döşəklər

Bəzi insanlar otağın havasını dəyişsə də, yatağın özü isti qalır. Səbəb – döşəyin istilik tutmasıdır.

Təbii yun topperlər

Yun həm yayda, həm qışda temperatur balansı yaradır. Yun topperlər artıq nəmi hopdurur və bədəni sərin saxlayır.

Havalandırılan döşəklər

Yeni döşək alacaqsınızsa, ventilyasiya kanalları, jel, latex və ya təbii kokos lifli modelləri seçin. Bu döşəklər istini saxlamır və hava dövranını yaxşı təmin edir.

Açıq rəngli yataq dəstləri seçin

Tünd rənglər (xüsusilə göy, boz, qara) günəş şüalarını udur və gecə daha çox istilik buraxır. Açıq rənglər (ağ, bej, pastel tonlar) isə həm göz oxşayır, həm də istiliyi az saxlayır.

Effektiv havalandırma yaradın (kondisionersiz)

Qarşı-qarşıya olan iki pəncərəni açın bu çarpaz havalandırma yaradır.

Pəncərələr cənuba baxırsa, yatmazdan 2–3 saat əvvəl pərdələri bağlayın. Ventilyatorun qarşısına buzla dolu kasa qoyun – bu, hava axınını soyudacaq və rütubətləndirəcək.

Yatarkən geyimə diqqət

Ən yaxşı seçim nazik, təbii materialdan pijama (pambıq və ya kətan).

Bu tip paltarlarda

Bədən nəfəs alır

Tər dəridə qalmır

Bədən temperaturu stabilləşir

Çünki dəridə qalan tər yuxunu poza və istilik hissini artırar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar