Çox vaxt xalça təmizləyici kimyəvi vasitələrin tərkibində aqressiv maddələr olur ki, bu da insan sağlamlığına və ev heyvanlarına ziyan verə bilər.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, lakin buna alternativ olaraq siz ekoloji cəhətdən təhlükəsiz və təsirli ev üsullarından istifadə edə bilərsiniz.
Evdə hazırlanan xalça təmizləyici vasitələrin üstünlükləri
Ekonomdur – inqrediyentlər adətən ucuzdur və çox vaxt evdə artıq mövcuddur.
Ekoloji cəhətdən təmizdir – ətraf mühitə zərər vermir, tərkibində təhlükəli kimyəvi maddələr yoxdur.
İnsanlar və ev heyvanları üçün təhlükəsizdir – qıcıqlanma və ya allergik reaksiyalara səbəb olmur.
Effektivdir – düzgün tərkiblə çirkləri asanlıqla aradan qaldıra bilir.
Tozdan xalça təmizləmək üçün ev üsulu (resept)
Lazım olan inqrediyentlər:
2 stəkan ilıq su
1/4 stəkan ağ sirkə
1 yemək qaşığı kastil sabunu (maye sabun növü)
1 yemək qaşığı qida sodası
İstəyə görə: 10 damcı efir yağı (məsələn, lavanda, nanə və ya limon)
Hazırlanması və tətbiqi
Bütün inqrediyentləri dərin bir qabda qarışdırın və homogen (bircins) məhlul əldə edin. Qarışığı sprey qabına (püskürdücü qab) tökün – bu, tətbiqi asanlaşdıracaq. İstifadədən əvvəl xalçanın kiçik və görünməyən bir hissəsində test edin, materiala zərər vermədiyindən əmin olun.
Tətbiq qaydası
Məhlulu xalçanın səthinə bərabər şəkildə səpin. Yumşaq süngər və ya fırça ilə yüngül şəkildə silin. Qarışığın təsir göstərməsi üçün 10–15 dəqiqə gözləyin. Daha sonra tozsoranla təmizləyin – bu, çirki və toz qalıqlarını aradan qaldıracaq.
Əlavə məsləhətlər
Əgər xalçanızda dərin və inadkar ləkələr varsa, prosesi təkrar edin. İkinci dəfə istifadə zamanı qida sodası və sirkənin miqdarını artırmaq daha yaxşı nəticə verə bilər. Efir yağı əvəzinə limon suyu istifadə edə bilərsiniz.
Hazırladığınız məhlulu qapalı qabda, sərin və qaranlıq yerdə saxlaya bilərsiniz. Bu üsulla xalçanı kimyəvi maddələr olmadan, təbii yolla təmizləmək mümkündür. Evdə rahatlıqla hazırlanan bu vasitə həm sağlamlıq, həm də büdcə baxımından qənaətlidir.