Yataq otağınızda sağlamlığa zərər verən 3 şeyi dərhal çıxarın
11 avqust 2025 12:32 (UTC +04:00)

Yataq otağınızda sağlamlığa zərər verən 3 şeyi dərhal çıxarın

Bəzi əşyalar yataq otağınızda allergiya, yuxusuzluq və xroniki ağrıların səbəbi ola bilər. Uşaqlıqda qorxduğumuz “canavarlar” deyil, illərdir istifadə etdiyimiz bəzi əşyalar sağlamlığımıza daha çox zərər verir.

Lent.az bu 3 əşyanı təqdim edir:

1. İki ildən çox istifadə olunan yastıqlar

Zamanla toz gənələri, tər və allergenlər toplayır. Dəri infeksiyaları və tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Formasını itirdiyi üçün boyun ağrısı və baş ağrısını artırır.

2. Sintetik hava təravətləndiriciləri

Çoxunda fitalatlar, formaldehid və benzol kimi zərərli maddələr olur. Bu maddələr astma, hormonal pozğunluqlar və hətta xərçəng riski ilə əlaqələndirilir. Qoxuları miqren, qaşınma və xroniki qıcıqlanmaya səbəb ola bilər.

3. Köhnə döşəklər

7–10 ildən çox istifadə olunan döşəklər ortopedik xüsusiyyətini itirir. Toz, ölü dəri hüceyrələri və mikroblar toplayır. Allergiya, xroniki bel ağrısı və yuxu pozğunluğu yarada bilər.

Mütəxəssis məsləhəti:

Yastıqları hər 1–2 ildən bir dəyişin.

Döşəkləri ən geci 10 ildən bir yeniləyin.

Sintetik təravətləndiricilərdən tamamilə imtina edin və onları təbii alternativlərlə əvəz edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar