“Mercedes” və “Hyundai” toqquşdu, qadın öldü
0
0
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 30-u saat 22.00 radələrində X.Şuşiniski ilə Vaqif küçələrinin kəsişməsində Qazax rayon sakini Anar Səttarovun idarə etdiyi “Hyundai” markalı və Bakı şəhər sakini Sərdar Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan “Hyundai” markalı avtomobilin sərnişini Svetlana Əliyeva xəstəxanada ölüb.
0
0