Qubada ev yandı, sahibi ölümdən döndü
0
0
Oktyabrın 1-də Quba rayonu, Birinci Nügədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan talvarın altında tikilmiş birmərtəbəli birotaqlı evin əşyaları və dam örtüyü 30 kv.m sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Talvar yanğından mühafizə olunub.
0
0