Sevinc Babayeva daha əvvəl dələduzluğa görə məsuliyyətə cəlb edilibmiş
Qalmaqallı videoda vasitəçi qismində adı hallanan kitabxana direktoru 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub.
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, S.Babayeva bir neçə ilə əvvəl dələduzluqda ittiham edilib.
S.Babayeva 2009-cu ildə Abşeron rayonunda torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S. Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, S. Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

Oxşar yazılar

Güzdəkdə zavoddakı yanğında 6 nəfər zəhərlənib - YENİLƏNİB
22 avqust 2025 , 17:10
Lənkəranda qadının üzərinə beton hasar aşdı - VİDEO
22 avqust 2025 , 17:07
Zaurun verilişinə çıxan əmisini məhkəməyə verdi - QƏRAR
22 avqust 2025 , 16:58
Azərbaycanda KƏRBƏLA FIRILDAĞI: pullarını alıb YOXA ÇIXDI
22 avqust 2025 , 16:06
Müğənniyə sui-qəsd İŞİ: AST Telmanın mühafizəçisi bəraət qazanır
22 avqust 2025 , 16:00
Bu il yanğınlarda 27 nəfər həlak olub, 93 nəfər xəsarət alıb
22 avqust 2025 , 15:11
İmişlidə bir nəfər kanalda batdı
22 avqust 2025 , 14:45