FHN Bakıdakı zəncirvari qəza barədə məlumat yayıb
25 oktyabr 2012 10:09 (UTC +04:00)

FHN Bakıdakı zəncirvari qəza barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) oktyabrın 24-də Yasamal rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası haqqında məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda “Mercedes”, “VAZ”, “Opel”, “Tofaş” markalı minik avtomobilləri, “QAZel”, “Ford” markalı yük avtomobilləri, “Mercedes” markalı sərnişin avtobusu və “Hyundai” markalı mikroavtobus zəncirvari toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb, yanğın baş verib. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində 2 nəfər ölüb. “Mercedes” markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
# 3535

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20