Bakıda kafedə ölüm
25 oktyabr 2012 11:27 (UTC +04:00)

Bakıda kafedə ölüm

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən kafedə orta yaşlı kişinin ölümsə barədə məlumat daxil olub.

İlkin araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1965-ci ildə Qərbi Azərbaycanda anadan olmuş, Abşeron rayonunda məskunlaşan Paşayev Nazim Yaşar oğludur. Onun meyiti üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Meyit ekspertizaya göndərilib.

Fakt üzrə araşdırmalar aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1998

Oxşar yazılar