Suriyadan qaçan ermənilər Azərbaycan ərazilərində yerləşdirilir
27 oktyabr 2012 12:23 (UTC +04:00)

Suriyadan qaçan ermənilər Azərbaycan ərazilərində yerləşdirilir

0
Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycanın Laçın rayonu ərazisində Suriyadan gəlmiş erməni ailələri məskunlaşdırılıb.

APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, ümumilikdə bu günədək Laçında Suriyadan gəlmiş 20 erməni ailəsinin məskunlaşdırıldığı bildirilir. Onlara 5 milyon dram məbləğində yardım edilib. Bundan başqa, erməni ailələrinə ərzaq yardımının ediləcəyi də bildirilir.

Suriyadan gələn ermənilərin digər rayonların ərazilərində yerləşdirildiyi bildirilsə də, onların ümumi sayı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3698

Oxşar yazılar